Könüllü fəaliyyətini başa vuran gənclərə sertifikatlar təqdim edilib

OI0qadrtM2WYmB2OfzKkn9VCyII43Ga3PGwdQlIs.jpg

İqtisadiyyat Nazirliyində gənclərin bilik və bacarıqlarının, dünyagörüşünün artırılması, əmək vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən növbəti könüllü fəaliyyəti başa çatıb.

Könüllü fəaliyyəti dövründə bir qrup gənc Nazirliyin struktur bölmələrində müxtəlif tapşırıqları icra edib, dövlət qulluğunun səciyyəvi xüsusiyyətləri ilə yaxından tanış olub, iş təcrübəsi qazanıblar.

Nazirlikdə könüllü fəaliyyətini başa vurmuş gənclərə sertifikatlar təqdim olunub.