Kulis.az 12 yaşını qeyd edir

FotoJet 2023 04 04T080642.846.jpg

Bu gün “APA Group”a daxil olan Kulis.az mədəniyyət portalının yaranmasından 12 il ötür.

Portal 2011-ci il aprelin 4-dən internet istifadəçilərinin ixtiyarındadır.

Kulis.az Azərbaycanda ədəbiyyat və mədəniyyət sahəsi üzrə ən böyük elektron layihədir.
Portalda gündəlik ədəbiyyat və mədəniyyət xəbərləri ilə yanaşı şeirlər, hekayələr, esselər, tərcümələr, resenziyalar, tənqidi məqalələr, müsahibələr, reportajlar, araşdırmalar, ictimaiyyətin diqqətində olan hadisələrlə bağlı müəllif yazıları, müzakirələr, sorğular, sənətkarların həyat və yaradıcılığından maraqlı faktlar, videomateriallar təqdim edilir.