Külli miqdarda tütün məmulatları aşkar edildi

419266019 790649273102998 8489636652909549956 N.jpg

Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında Kəngərli rayonunun Qıvraq kəndində yaşayan Azərbaycan Respublikası vətəndaşına məxsus ticarət mağazasından və həyətyanı sahədə olan tikilidən 1860 qutu (37200 ədəd) “Milano London”, 1400 qutu (28000 ədəd) “Milano New York” adlı aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.