Lavrov Kuleba ilə Antalyada görüşəcək

A431d701164680837836275280810154525.jpg

Antalya Diplomatiya Forumu çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşəcək.

Bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib. Onun sözlərinə görə, Kiyev də bunu təsdiqləyib. Təşəbbüskar tərəfin Türkiyə olduğunu xatırladan Zaxarova bildirib ki, görüş martın 9-da baş tutacaq.