Layihənin icrası davam edir

9c737942 afe3 4e7b a2cb af6d1a76d7b4.jpg

“Biləsuvar şagirdlərinin fizika olimpiadalarına hazırlıq mərkəzi” layihəsinin icrası planlaşdırıldığı şəkildə davam etdirilir. Hazırda layihənin əsas fokus nöqtəsi şagirdlərin fərdi inkişafına daha çox diqqət yetirmək, onların güclü və zəif tərəflərini analiz edərək tədris prosesini ona uyğun tənzimləməkdir.

Layihə komandası səmərəli idarəetmə modeli quraraq, təlimlərin gedişatı ilə bağlı facebook səhifəmizdə mütəmadi hesabatlar təqdim olunur.

Bundan əlavə, layihənin növbəti mərhələlərində müxtəlif seminarlar, interaktiv laboratoriya təcrübələri və qısa müddətli təlim düşərgələrinin keçirilməsi də planlaşdırılır. Bütün bu fəaliyyətlər şagirdlərin elmi bacarıqlarını artırmaq və onları daha yüksək səviyyədə yarışlara hazırlamaq məqsədi daşıyır.