Lənkəranda azyaşlı 4-cü mərtəbədən yıxılıb

6084e82a165529202289011675910974604.jpg

Lənkəranda 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.

Avtor.az xəbər verir ki, bədbəxt hadisə Lənkəran şəhəri Qala xiyabanı 5 nömrəli binada qeydə alınıb. 2 yaşlı Əlixan Şəhriyar oğlu Bağırov binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır bədən xəsarətləri alıb. Uşaq aqonal vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və dərhal əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.