Lənkəranda intiharın qarşısı qalınıb

FotoJet 2022 08 17T235123.085.jpg

Lənkəran rayonunun Sütəmurdov kəndində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.