Lənkəranda şəhid ailələri və qazilərlə növbəti görüş

93ac0c50165115130655004350110586053.jpeg

YAP Lənkəran rayonun təşkilatçılığı və dəstəyi ilə bir qrup ərazi partiya təşkilat sədrləri tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələrinin və yaralı hərbiçilərin diqqətdə saxlanılaraq ziyarət olunması istiqamətində işlər davam etdirilir.

YAP Lənkəran rayon təşkilatın dəstəyi ilə 28 aprel 2022-ci il tarixdə Ş.Axundov küçəsi 7 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Yeganə Əskərova, İ.Səmədzadə 6 ünvanında yerləşən ərazi partiya təşkilatnın sədri Nəzakət Abdullayeva, 20 Yanvar küç 66 ünvanında yerləşən ərazi partiya təşkilatından Mehriban Səfərova Vətən müharibəsində şəhid olmuş Mehdizadə Əli Məcid oğlu, Qurbanov Emil Vaqif oğlu, Quluzadə Orxan Elxan oğlu, Ağazadə Sənan Nizami oğlunu ziyarət edərək ailələrinin problemləri ilə maraqlanmış və onlara ərzaq yardımı edilmişdi, Eyni zamanda yaralanmış hərbiçimiz Vəliyev Vəlihət Şakir oğlunu ziyarət edərək onun səhhəti , problemləri ilə maraqlanmış və onlarada ərzaq yardımı göstərilmişdi.

Şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.