Lənkəranlı aşpaz Livanda birinci olur

21f4c3b5164793526739268528710075951.jpg

Elçin Həsənov Lənkəran şəhərində yaşayır. Sənəti aşpazlıqdır. E. Həsənov hazırda Lənkəran Peşə Liseyində “Turizm sahəsində iaşə” ixtisasında İstehsalat Təlim Ustası kimi fəaliyyət göstərir. O, həm də Xəzər Palace hotelinin baş aşpazıdır. Bişirdiyi ləziz xörəklərin dadı uzun müddət adamın damağından getmir.

Livanda Beynəlxalq İslam ölkələri üzrə kulinariya yarışması olmuşdur. Təmsil etdiyi Lənkəran komandası ilə həmin yarışa qatılan Elçin Həsənov birinci yerə layiq görülübdür.