“Liverpul”un müdafiəçisi İngiltərənin başqa klubuna keçir

B06c1da6 4ff0 342a 8c4f 98f72aec91c0 850.jpeg

İngiltərənin “Liverpul” klubu futbolçusu Neko Uilyamsla yollarını ayırır.

Avtor.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi karyerasını “Nottingem Forest”də davam etdirəcək.

Mersisayd təmsilçisi uelsli oyunçunun transferindən 17 milyon funt-sterlinq qazanacaq.

Qeyd edək ki, “Liverpul”un yetirməsi olan Neko Uilyams 2019-cu ildə əsas komandaya cəlb edilib. Oyunçu 2020-ci ildən Uels yığmasının üzvüdür.