“Location” gecə klubunda partlayışla bağlı məhkəmənin vaxtı məlum oldu

1657029248 4608.webp

Bakıda “Location” gecə klubunda aprelin 3-də baş verən partlayışla bağlı keçiriləcək məhkəmənin vaxtı məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 18-ə təyin edilib.

İşə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.