Lökbatanda qamışlıq ərazi yanır

Cdcb2f5c165769534430068083110362595.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qamışlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.