Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək

Cb05be21 3f3a 30eb 9a45 Ce2408ecd1f0 850.jpg

Növbəti ildən Macarıstanın iki əczaçılıq şirkətləri Azərbaycanda fəaliyyətə başlayacaq.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının 10-cu iclasında deyib.

O vurğulayıb ki, bu müəssisələrdə 90 adda dərman istehsalı nəzərdə tutulur.

S. Babayev Azərbaycanın qeyri-neft sektorunun inkişaf etdirmək əzmində olduğunu vurğulayıb.