Magistraturaya qeydiyyat başa çatıb

31dc592fa8a7700a54ad2c03f1056e07 84549 57.jpg

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsinə qəbul olmuş şəxslərin elektron qaydada qeydiyyatı başa çatıb.

Avtor.az AMEA-nın saytına istinadən xəbər verir ki, plan yerlərinə uyğun olaraq, 22 ixtisas, 57 ixtisaslaşma üzrə magistraturaya qəbul elan edilib.

Əvvəlki illərlə müqayisədə bu il yeni ixtisaslar da əlavə olunub. Artıq AMEA-nın magistratura səviyyəsinə 150 nəfər bakalavr qeydiyyatdan keçərək təsdiqlənib.

Ümumilikdə, AMEA-da 2022/2023-cü tədris ilində 260-a yaxın magistrant təhsil alacaq.