Malayziyada miqrantların saxlanma mərkəzindən qaçan azı 10 nəfər ölüb

D042be1b165043463238588133211073107.jpg

Malayziyanın şimal-qərbində qeyri-qanuni miqrantların saxlandığı müvəqqəti saxlama mərkəzindən qaçan azı 10 məhbus həyatını itirib.

Bu barədə “The Star” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, çərşənbə günü səhər tezdən Keda əyalətində yerləşən immiqrasiya mərkəzində iğtişaşlar başlayıb, 500-ə yaxın məhbus qaça bilib. Əməliyyat tədbirləri nəticəsində 229 miqrant yaxalanıb, əməliyyat zamanı azı 10 nəfər ölüb.

Qəzet qeyd edir ki, bu mərkəzdə olanların əksəriyyəti Myanmadan Malayziyaya qeyri-qanuni köçən Rohinca xalqının nümayəndələridir.