Maliyyə Nazirliyi: “Standard and Poor’s” Azərbaycana qarşı xəsislik edir”

9b4170cd 109f 37b0 88c5 5542cb4f081c 850.jpg

Maliyyə Nazirliyi “Standard and Poor’s” (“S&P”) beynəlxalq kredit reytinq agentliyinin dərc etdiyi hesabatda ölkənin reytinqi üzrə proqnoz göstəricinin belə “sabit”dən “müsbət”ə dəyişdirilməməsini böyük təəccüblə qarşılayır.

Bu barədə nazirliyin açıqlamasında bildirilir.

“Agentlik ölkəmizin reytinqləri məsələsinə xəsislik nümayiş etdirir”, – deyə qurum bəyan edib.

Xatırladaq ki, “S&P” Azərbaycanın suveren reytinqini “BB+/B” səviyyəsində təsdiqləyib.