“Mançester Siti” 2022-ci ilin ən yaxşı komandası olub

2b16a44b166603906242801646410774475.jpg

2022-ci ilin ən yaxşı komandası açıqlanıb.

Qalib “France Football”un təsis etdiyi tədbirdə mükafatlandırılıb.

“Qızıl top”un Parisdəki təltifetmə mərasimi çərçivəsində ilin ən yaxşı komandası İngiltərə Premyer Liqasının son qalibi “Mançester Siti” olub.

Bu mükafat “France Football” tərəfindən ikinci dəfə təqdim edilib. İlk mükafata ötən il “Çelsi” layiq görülüb.