“Mançester Yunayted”in futbolçusu Xuan Mata komandadan ayrılıb.
Bu barədə klubun rəsmi saytı məlumaat yayıb. 34 yaşlı yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.
“Mançester Yunayted” Matayla belə vidalaşıb: “Karyeranızın səkkiz ilini “Mançester Yunayted”ə həsr etdiyiniz üçün təşəkkür edirik, Xuan. Klubdakı hər kəs sizə gələcək üçün ən yaxşısını arzulayır”.
Qeyd edək ki, ispaniyalı futbolçu 2014-cü ilin yanvarında “Mançester Yunayted”ə keçib. O, klubda 285 oyunda 51 qol vurub və 4 kubok qazanıb. Mata daha əvvəl yarımmüdafiəçi “Çelsi” və “Valensiya”da çıxış edib.




