Mariupol merinin köməkçisi: Azovstal”da azı 100 mülki şəxs qalır

217b4c71165216902572186167710945439.jpg

Ukraynanın Mariupol şəhərinin “Azovstal” zavodu ərazisində hələ də mülki şəxslər var.

Bu barədə şəhərin merinin köməkçisi Petro Andruşçenko deyib.

“Hərbçilərdən əlavə Azovstal sığınacaqlarında ən azı 100 mülki şəxs qalır. Lakin bu, işğalçıların hücumlarının sıxlığını azaltmır”, – şəhər merinin köməkçisi deyib.