Mariupol şəhərində humanitar vəziyyət pisləşir

0d8f8313164922611639912426910282573.jpg

Ukraynanın cənubunda yerləşən Mariupol şəhərində humanitar vəziyyət pisləşir.

Bu barədə Böyük Britaniya Müdafiə nazirliyinin kəşfiyyat xidmətinin məlumatında qeyd olunub. Bildirilib ki, mühasirədə saxlanılan şəhərdə ağır döyüşlər və aviasiya zərbələri davam edib. Vurğulanıb ki, şəhərdə qalan 160 min sakin işıqsız, dərmansız, istilik və susuz, kommunikasiyasız qalıb. Qeyd olunub ki, Rusiya qüvvələri ehtimal ki, müdafiəçiləri təslim olmasına təzyiq göstərmək məqsədi ilə şəhərə humanitar yardımın çatdırılmasına mane olurlar.