Marneulidə 13 yaşlı qızı evlənmək məqsədilə qaçırıblar

Dd50e4d9166055448415615193510778895.jpg

Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunun Təzəkənd kəndində 13 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

Avtor.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli ictimai fəal Samirə Bayramova sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, ötən gün 13 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızlarını qaçıran oğlanı və ailəsini tanımadığını bildirib.

Məlumata görə, faktla bağlı polisə müraciət edilib. Gürcüstanın Ombudsman Aparatının məsələ ilə məşğul olduğu bildirilib.