Mart ayı üzrə dissertasiya müdafiə edənlərin sayı açıqlanıb

74a9d40b164913937158501842910522662.jpg

Bu ilin mart ayı üzrə 82 nəfər dissertasiya müdafiə edib.

Avtor.az Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına istinadən verdiyi xəbərinə görə, dissertasiya işlərindən 35-i elmi müəssisələrdə, 47-si ali təhsil müəssisələrində müdafiə olunub.

73 nəfər fəlsəfə doktoru, 9 nəfər isə elmlər doktoru dərəcəsi alıb.

Ən çox dissertasiya müdafiəsi filologiya elmləri üzrə (16), ən az isə hər birində 1 olmaqla aqrar, yer elmləri və psixologiya üzrə olub.