Martın ikinci ongünlüyündə hava qeyri-sabit olacaq

8d1af207d9d90c7e6edf2e78a83e19c7 27877 19.jpg

Mart ayının ikinci ongünlüyünə gözlənilən hava şəraiti açıqlanıb.

Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, mart ayının ikinci ongünlüyündə hava şəraiti birinci ongünlüyə nisbətən qeyri-sabit keçəcək.

O qeyd edib ki, martın ikinci ongünlüyündə havanın yağıntılı olacağı, eyni zamanda temperaturun aşağı düşəcəyi gözlənilir.