Mask “Twitter” tərtibatçılarına “Vine” video servisini bərpa etməyi tapşırıb

1549727007 5623256.jpg

“Twitter” şirkətinin və eyni adlı sosial şəbəkənin yeni sahibi olan amerikalı sahibkar İlon Mask işçilərə “Vine” tətbiqini yenidən işə salmağı tapşırıb. 2016-ci ildə fəaliyyətini dayandıran həmin tətbiq qısa videolar yükləməyə imkan verib.

Bu barədə “Axios” portalı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, tərtibatçılara bağlanandan bəri dəyişməmiş tətbiq kodunu öyrənmək tapşırılıb. Bildirilib ki, İ.Maskın “Twitter”i almadan əvvəl “Vine” tətbiqinin yenidən işə salınması ilə bağlı imkanları araşdırıb. Bildirilir ki, tətbiqin fəaliyyəti ilin sonuna kimi bərpa oluna bilər.