Mədəkiçiltmə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Cerrahemeliyyatmede 1.jpg

Gəncədə mədəkiçiltmə əməliyyatı olunan şəxs vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, sentyabrın 21-i Gəncə şəhərindəki özəl klinikaların birində mədəkiçiltmə əməliyyatı etdirən və həmin klinikada müalicə alan Gəncə şəhər sakini, 1993-cü il təcəllüdlü G.Bayramova dünən ölüb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.