Mədəniyyət Nazirliyində kadr təyinatı olub

D90e5b66166011509323005845710957141.jpg

Mədəniyyət Nazirliyində kadr təyinatı olub.

Nazirlikdən verilən məlumata görə, mədəniyyət naziri Anar Kərimovun əmri ilə Yusubov Azər Namiq oğlu Mədəniyyət Nazirliyinin Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

A.Yusubov sonuncu təyinata qədər Şəki Apelyasiya Məhkəməsində baş məsləhətçi-sədrin köməkçisi vəzifəsində çalışıb. O, dövlət qulluğunun kiçik müşaviridir.