Mədəniyyət Nazirliyinin Aparatına müvəqqəti rəhbər təyin olunub

7eab47bf160129226565689886310906113.jpg

Mədəniyyət Nazirliyinin Aparatının rəhbəri vəzifəsi müvəqqəti olaraq Vüqar Məmmədova həvalə olunub.

Bununla bağlı nazir Anar Kərimov müvafiq əmr imzalayıb.

Mədəniyyət Nazirliyi faktı təsdiqləyib. Bildirilib ki, Vüqar Məmmədov Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiridir.

Xatırladaq ki, Vasif Eyvazzadə ötən ilin dekabr ayında öz istəyi ilə Aparat rəhbəri vəzifəsindən ayrılıb.