MEDİA: İşlədikləri media Reyestrə daxil edilməyənlər jurnalist vəsiqəsi ala bilməyəcək

Fd2c5e46166574675677572526510593748.jpg

“Jurnalistlərin işlədikləri və ya əməkdaşlıq etdikləri media subyekti Media Reyestrinə daxil edilməyibsə, jurnalist vəsiqəsi ala bilməyəcək”.

Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Kommunikasiya şöbəsinin müdiri – mətbuat katibi Səidə Şəfiyeva deyib.

“Həmkarlarımızdan xahiş olunur ki, jurnalist vəsiqəsi üçün müraciət etməzdən əvvəl işlədikləri və ya əməkdaşlıq etdikləri media subyektinin Media Reyestrinə daxil edilmiş olduğunu dəqiqləşdirsinlər”,-deyə S. Şəfiyeva qeyd edib.