MEDİA: Jurnalist Aytən Məmmədovaya hücumla bağlı məsələ nəzarətdədir

516b38af165216799219953023410543998.jpg

Jurnalist Aytən Məmmədovaya bıçaqlı hücum olması ilə bağlı məsələ Medianın İnkişafı Agentliyinin nəzarətindədir.

Bunu jurnalistlərə açıqlamasında Medianın İnkişafı Agentliyinin rəhbəri Əhməd İsmayılov deyib.

O bildirib ki, Aytən Məmmədova ilə əlaqə saxlanılıb və bu gün agentliyə dəvət olunub: “Hadisə ilə bu gün ətraflı müzakirə aparılacaq. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə də əlaqə saxlanılıb. Jurnalistə hücumla bağlı məsələ onların da diqqətindədir. Məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq işlər görülür”.