Medvedev: “Hazırki vəziyyət soyuq müharibədən qat-qat pisdir”

C018ab10 5947 3213 bd42 5d18ed047770 850.jpg

“Hazırki vəziyyət soyuq müharibə dövründəkindən daha təhlükəli görünür”.

Avtor.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş Prezident Dmitri Medvedev teleqram kanalında yazıb.

“Mən bunu bir daha qeyd edəcəm. İndi vəziyyət soyuq müharibədən qat-qat pisdir. Çox pis! Biz isə bunda günahkar deyilik”,- o yazıb.

Medvedev vurğulayıb ki, ABŞ, gözlədiyi kimi, 2026-cı ildə başa çatan Strateji Hücum Silahlarının məhdudlaşdırılması haqqında START-3 müqaviləsinin yenilənməsi üçün Rusiyaya müraciət edəcək.