Məhəmməd İsaqov saxlanıldı – Rüşvət üstündə…

1727769609 2e300f42db0a13a8b22fe667be2df525.jpeg

Rusiyada İstintaq Komitəsi Dağıstanın İzberbaş şəhərinin meri Məhəmməd İsaqovun saxlanıldığını açıqlayıb.

Modern.az xəbər verir ki, ona qarşı xüsusilə külli miqdarda rüşvət almaqla bağlı (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsi) iş açılıb.

İstintaqın məlumatına görə, 2019-cu ildə mer 3,9 milyon rubl rüşvət alıb. Belə ki, İsaqova İzberbaşda ev tikmək üçün icazənin ləğvinə görə pul verilib.

Hüquq-mühafizə orqanlarından RİA-ya verilən məlumata görə, axtarışlar onun evində, həmçinin İzberbaş administrasiyasında aparılır.

İsaqov 2019-cu ilin oktyabrında İzberbaşın rəhbəri seçilib. 2018-ci ilin dekabr ayından müvəqqəti olaraq səlahiyyətləri icra edirdi.