Meksikada 1,5 min nəfər təxliyə edilib

D863d5ec165846269832309495110604162.png

Meksikanın Verakrus ştatında “Pemex” dövlət neft-qaz şirkətinin qaz kəmərində baş vermiş partlayış nəticəsində təxliyə edilənlərin sayı 1,5 min nəfəri ötüb.

Regional hakimiyyət orqanlarından bildirilib ki, bir nəfər fövqəladə hadisənin qurbanı olub, digər yerli sakin isə ağır yanıq xəsarətləri alıb. Partlayışa səbəb qaz sızması olub.