Meksikada 5,9 bal gücündə zəlzələ baş verib

D4ea5dac155601471745737290010422120.jpg

Bazar günü Meksikanın cənub-qərbindəki Herrero ştatında 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 21 min nəfər əhalisi olan Atoyak de Alvares şəhərindən 25 km şimalda yerləşib.

Mənbə 60 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.