Məktəb binasına bitişik tikilidə yanğın oldu

1650999956 f27525119065bcaff632c2a3aeab3ffe.jpg

Şirvan şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şirvan şəhərində ikimərtəbəli orta məktəb binasına bitişik, ümumi sahəsi 150 m² olan tikilinin (bufet, emalatxana və anbar) içərisində 5 m² sahədə stol-stullar qismən yanıb, yüksək temperaturdan lambirindən ibarət tavan əriyib.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
/Publika.az/