Məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması nəzərdə tutulur

Db5cea26165030217520655247110714430.jpg

Azərbaycan məktəbəqədər təhsilin əhatə dairəsinin artırılması nəzərdə tutulur.

Bunu təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və digər məsələlərlə bağlı media üçün brifinqdə deyib.

O qeyd edib ki, erkən yaş dövründə səmərəli təhsil modelinə əsaslanan məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Nazir bildirib ki, məktəbəqədər təhsilə cəlb edilmiş uşaqların 2026-cı ildə 50 faiz olması gözlənilir.