Məktəblərdə payız-qış mövsümü üçün hazırlıqlara başlanılıb

54baf7f8166574471541827148910015236.jpg

Məktəblərdə payız-qış mövsümü üçün hazırlıq işlərinə başlanılıb.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O, hazırda prosesin aparıldığını vurğulayıb:

“BŞTİ, Elm və Təhsil Nazirliyi, “Azəriqaz”, “Azəristilik” birgə göruş keçiriblər və hazırda test edilmək üçün məktəblərə qaz da verilib. Düşünürük ki, proses düzgün nizamlanmaqdadır”.