“Mercedes” rusiyalı dilerləri proqramdan kənarlaşdırdı

1691992936 0fceb0e4 969e 4b60 a7ec 8492112764d1.jpg

Almaniyanın avtomobil konserni olan “Mercedes-Benz” rusiyalı dilerləri öz proqram təminatından tamamilə çıxarıb.

Bu barədə NEXTA məlumat yayıb.

Həmçinin texniki xidmət və problemlərin müəyyənləşdirilməsinə kömək edən onlayn sistemə də çıxış məhdudlaşdırılıb.

Rəsmi proqram təminatından kənarlaşdırma təmir və avtomobillərə xidmət müddətini uzadacaq, eləcə də təzə maşınlar üçün gələn proqram yenilənmələrində problemlər yaradacaq.