Mərkəzi Bank 26 sığorta agentinin lisenziyasını bərpa edib

Ad8e88c0165658095492094284410402247.png

Azərbaycan Mərkəzi Bankı (AMB) 26 sığorta agentinə verildiyi lisenziyanı bərpa edib.

Bu barədə AMB-dən bildirilib.

Məlumata görə, bununla bağlı qərar iyunun 28-də verilib və “Sığorta fəaliyyəti haqqında” Qanunun 111.1-ci maddəsinə əsasən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılması ilə əlaqədardır.