Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib

C7bc9f0c031ddf9d90cfdf9048f53d6b 29025 8.jpg

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən verilən məlumata görə, hərracda tələb 38,6 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.