Metroda spesifik qoxuya görə qatar boşaldılıb

625f99d708132625f99d70813316504324719bdc8fb1620d2d61ce2c02da24d51ade.jpg

“Həzi Aslanov-İçərişəhər” istiqamətində hərəkət edən qatarın sonuncu vaqonunda metropolitenə xas qoxu iyi olub.

“Bakı Metropoliteni”ndən verilən xəbərə görə, qatara baxış keçirilib.

“Hər hansısa texniki problem olmadığı müəyyən olunub. Lakin vaqonda qoxu qaldığından, sərnişin narahatlığına səbəb olmamaq üçün qatar boşaldılıb və yola salınıb.

Dərhal əvəzinə qatar verilib. Qoxu aradan qaxdıqdan sonra həmin qatar xətdə işini davam etdirəcək”, – məlumatda deyilir.