“Dərnəgül-Həzi Aslanov” marşrutu ilə hərəkət edən qatarda “Koroğlu” stansiyasında nasazlıq yaranıb.
Avtor.az xəbər verir ki, köməkçi qatar təyin edilib.
Metropolitenin texniki-normativ tələblərinə uyğun olaraq, hər iki qatardan sərnişinlər düşürülüb. Qatar hazırda xətdən çıxarılır. Nəticə etibarı ilə xətlərdə intervaldan əlavə 8 dəqiqəlik yubanma var.





