“Microsoft”un Azərbaycanı əhatə edən mərkəzi bu ölkədə olacaq

1681113695 107171454 1672168914998 gettyimages 1245840483 portugal eco.jpeg

ABŞ-ın “Microsoft” şirkəti Qazaxıstanda regional mərkəz yaradır.

Bu barədə Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyi məlumat yayıb.

Bildirilir ki, şirkətin Qazaxıstanda multiregional qovşağının yaradılması barədə razılıq əldə edilib. Qovşaq Mərkəzi Asiya ölkələrini, Azərbaycan, Ermənistan, Gürcüstan, Monqolustan və Pakistanı əhatə edəcək.

Açıqlamada qeyd olunur ki, Qazaxıstanın “Microsoft”un texnoloji inkişafı və innovasiya mərkəzi olması hədəflənir.