“Milan”da yeni müqavilə

6a80e309166264207548448986210422114.jpg

“Milan” futbolçusu Rade Kruniçlə müqaviləni yeniləyib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsi 2024-cü ilin yayına qədər idi.

Qeyd edək ki, Kruniç bu mövsüm A seriyasındacəmi 1 oyun keçirib.