“Milan”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb

1da546f2166719608599446380110623257.jpg

“Milan” klubunun İtaliya A Seriyasında səfərdə məğlubiyyətsiz oyunlar seriyası başa çatıb.

Avtor.az xəbər verir ki, Stefano Piolinin baş məşqçi olduğu komanda XII turda “Torino” ilə matçda uğursuzluqla üzləşib.

Rəqibinə 1:2 hesabı ilə uduzan Milan təmsilçisinin 17 görüşlük seriyası qırılıb. Komanda daha əvvəl səfərdə 12 qələbə və 5 heç-heçə əldə etmişdi.

Qeyd edək ki, “Milan” 26 xalla A Seriyasında üçüncü pillədə qərarlaşıb. Lider “Napoli”nin 32, ikinci sırada “Atalanta”nın 27 xalı var.