Milli Məclisin deputatı Jalə Əhmədova əməkdar artist Aygün Bəylərin vəfatı ilə bağlı başsağlığı verib.
Başsağlığında deyilir:
“Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış müğənni Aygün Hümmətovanın vaxtsız vəfatından dərin kədər hissi keçirdim. Biz onu Aygün Bəylər olaraq tanıyırdıq. Şəlalə kimi çağlayan səsi, mükəmməl və təkrarolunmaz ifası ilə milyonların qəlbini ovsunlayan Aygün Bəylər…
“Tut ağacı”nı bizlərə yadigar qoyan xanım sənətçinin ölümü Azərbaycan mədəniyyəti, xalqımız üçün böyük itki oldu. Uca Yaradandan Aygün Bəylərə rəhmət, ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, səbr diləyirəm.
Allah rəhmət etsin!”





