Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamı ilə Milli Məclisin deputatı Jalə Əhmədova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.
Millət vəkili bununla bağlı məlumat paylaşıb.
“Dəyərli həmvətənlər, Bu gün yaşadığım sevinc və qürur hisslərini sizlərlə bölüşmək istədim. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edildim. Bu ali mükafata layiq görülməyimə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə sonsuz təşəkkürlərimi, hörmət və ehtiramımı bildirir, mənə göstərilən etimadı yüksək dəyərləndirirəm. Ölkə başçısının rəhbərliyi altında müstəqil Azərbaycanın tərəqqisi, xalqın rifahı naminə aparılan məqsədyönlü siyasətə dəstək olaraq bu istiqamətdəki fəaliyyətimi, bilik və bacarığımı bundan sonra da əsirgəməyəcək, millət vəkili kimi üzərimə düşən vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Azərbaycan Dövlətinə xidmət edirəm”, deyə millət vəkili bildirib.





