Milli Məclis gender bərabərliyi ilə bağlı illik məlumatı qəbul edib

Da87cbc1167146637793237645111007615.jpg

Milli Məclisin bu gün keçirilən iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı” müzakirə edilib.

Sənəd barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumat verib.

Sənəd müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.