Milli parklarda “açıq qapı” günü keçiriləcək

29e48b79165398053152188032610254757.jpg

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “açıq qapı” günü keçiriləcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xəbər verilib.

Qeyd edək ki, milli parklar Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir.