Azərbaycanın Millətlər Liqasındakı rəqibi Qazaxıstan yığması komandamızla matç öncəsi yoldaşlıq oyunu keçirib.
Qazaxıstan millisi “Astana Arena”da ölkənin U-21 komandası ilə qarşılaşıb. A yığması 4:1 hesabı ilə qalib gəlib.
Əsas millinin qollarını Aleksandr Maroçkin (29, 45), Maksim Samorodov (47) və Aleksey Şetkin (81, pen.) vurublar.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan oyunu iyunun 3-də “Astana Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.




