Milyarderə heç kim borc vermədi

84c578f2162444377060928371810064422.jpg

Milyarder Roman Abramoviç sanksiyalara görə Hollivuddakı amerikalı dostlarından borc istəyib.

Bu barədə “Page six” saytı məlumat yayıb.

Məlumata görə, Abramoviç işçilərinə həftəlik 750 min dollar pul ödəməlidir. Bunun üçün o, nüfuzlu dostlarına müraciət etmək məcburiyyətində qalıb. Amma yaxınları ona borc verməkdən çəkiniblər.

Bildirilir ki, rusiyalı milyarder Hollivud prodüseri, rejissoru Brett Ratner və Rotşild ailəsinə müraciət etsə də, rədd cavabı alıb.

Onlar nəğd pulları olmadığını, hesaba köçürmə edəcəkləri təqdirdə sanksiyalara məruz qalacaqlarını bildiriblər.